02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

"Yaponiya ilə münasibətlərimizdə regionlararası əlaqələr də xüsusi yer tutur"

21 fev 2024 15:00
GÜNDƏM
ads
Advertisement

Bu il ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) ev sahibliyi etməsi, ölkəmizin yaşıl iqtisadiyyata keçid strategiyasının davamıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

O əlavə edib ki, bərpa olunan enerji sahəsində Yaponiyanın ölkəmizlə əməkdaşlığı daha da inkişaf etdirəcəyinə inanır.

Nazir müavini vurğulayıb ki, əməkdaşlığın digər vacib sahələrindən biri də humanitar sahədə inkişaf edən əlaqələrdir:

"Yaponiyanın humanitar təşkilatları ölkəmizdə təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sosial sahələrdə müxtəlif layihələr həyata keçirir. Son illər ikitərəfli münasibətlərimizdə regionlararası əlaqələr də xüsusi yer tutur. Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri, Bakı şəhərinin Xətai rayonu ilə Yaponiyanın Şika şəhəri arasında qurulmuş münasibətlər, həmçinin Ağdam və Hiroşima, Qarabağın mədəniyyət beşiyi Şuşa ilə Okayama şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində davam edən fəaliyyət buna misaldır".


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur