Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Publika.az xəbər verir ki, onların arasında "Qarabağ"ın futbolçusu Olavio Juninyo da var. Braziliyalı hücumçu "Bayer"lə görüşdə 1 qol vurub və 1 qolun ötürməsini verib.
Digər namizədlər isə Stefan Əl-Şəravi ("Roma"), Pyer-Emerik Obameyanq ("Marsel") və Darvin Nunezdir ("Liverpul").
Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.