29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

İsrail Livanın cənubunda əsas su təchizatını VURDU

09 okt 2024 04:01
GÜNDƏM
ads

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Litani çayından qidalanan və Livanın cənubunda 6 min hektar kənd təsərrüfatı sahəsini təmin edən əsas su kəmərinə zərbələr endirib.

QÜTB.AZ bu barədə “Litani” idarəetmə şirkətinin bəyanatına istinadla xəbər verir.

Bildirilib ki, su kanalı Ərzi rayonunda Qasımiyyə suvarma layihəsi istiqamətində gedir. İdarəetmə şirkətinin məlumatına görə, kanalın ötürmə qabiliyyəti sutkada 260 min kubmetr su təşkil edir.

Bəyanatda İsrailin hərəkətləri beynəlxalq humanitar hüququ pozan cinayət adlandırılıb.

Qeyd olunur ki, Livan hakimiyyəti kənd təsərrüfatı torpaqlarının və yolların su basmasının qarşısını almaq üçün tədbirlər görüb.

Bundan əlavə, su təchizatının bərpası üçün tədbirlər görüləcək.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur