Dünya “AKINCI”nın İrandakı bu fəaliyyətindən danışır: Hətta İsrail də...
AFFA futbolumuzun gələcəyini müzakirə edəcək
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
QÜTB.AZ-ın məlumatına görə, iclas qurumun inzibati binasında keçiriləcək.
Görüş gündəliyinə futbolumuzun gələcəyi üçün vacib olan 4 sual daxil edilib. AFFA-nın inkişaf strategiyasının müzakirəsi iki hissədən ibarət olacaq. Komitə üzvlərinə inkişaf məqsədlərinin müəyyən edilməsi və strategiyaların yazılması tapşırılıb.
İclasda Azərbaycan Premyer Liqası ilə bağlı iki mühüm məsələ müzakirə olunacaq. İştirakçılar 2024/25 mövsümündə müraciət edəcək komandaların sayının artırılması və əcnəbi oyunçu limitini müzakirə edəcəklər. Gündəlikdə AFFA-nın 2024-cü il büdcəsinin müzakirələri də yer alıb.
Qeyd edək ki, tədbir saat 15:00-da başlayacaq.
İdman.biz