Rusiya bu gecə “Yars” kompleksindən RS-24 qitələrarası ballistik raketini buraxmağı planlaşdırır.
Qutb.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Məqsəd Ukraynaya, həmçinin AB və NATO-ya üzv dövlətlərə nümayişkaranə təzyiq və hədə-qorxu gəlməkdir”, - məlumatda qeyd olunub.
Bildirilib ki, raket Sverdlovsk vilayətinin Svobodnıy yaşayış məntəqəsi yaxınlığından buraxılacaq.
Üç pilləli bərk yanacaqla işləyən raketin uçuş məsafəsi 10 min km-dən çoxdur.