ABŞ-ın vitse-prezidenti Kamala Harris rəsmi olaraq Demokratlar Partiyasından prezidentliyə namizəd olduğunu açıqlayıb.
QÜTB.AZ xəbər verir ki, o, bu barədə Filadelfiyada tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
“Bu gün mən sizin qarşınızda dayanaraq elan edirəm ki, Demokratlar Partiyasından prezidentliyə rəsmi namizəd oldum”, - deyə o bildirib.
Bundan əvvəl Harris Minnesota qubernatoru Tim Valzın qarşıdan gələn prezident seçkilərində Demokratlar partiyasından namizədliyini irəli sürdüyünü rəsmən elan edib.
Harrisin qərargahı həmçinin ABŞ prezidentliyinə namizəd Donald Trampın sentyabrın 4-də debat keçirmək qərarı ilə razılaşmadığını bildirib.