Braziliya millisinin sabiq müdafiəçisi Kafu İngiltərə Premyer Liqasını tənqid edib.
Publika.az xəbər verir ki, Kafunun sözlərini “Mundo Deportivo” sitat gətirib.
“Qorxuram ki, nə qədər çox braziliyalı Premyer Liqaya keçsə, Braziliyanın Dünya Kubokunu qazanmaq şansı bir o qədər az olar.
Mən La Liqaya üstünlük verirəm, çünki oradakı komandalar finala çıxmaq və onu qazanmaq üçün daha ciddidirlər. La Liqa kameralar önündə ispan futbolçular haqqında yalan danışmır və onları dünyaya tanıtdırmır. Onlar miflərdən yox, futboldan danışırlar.
Təsəvvür edin ki, hər həftə media tərəfindən beyniniz yuyulur və sizə dünyanın ən yaxşısı olduğunuzu deyirlər, halbuki əslində siz buna yaxın deyilsiniz”, – Kafu bildirib.