Bakıda dəhşətli intihar hadisəsi olub.
Publika.az xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində, "Siyaqut" şadlıq sarayının yaxınlığında qeydə alınıb.
Adı hələlik məlum olmayan gənc oğlan çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Həmin şəxsin komendant olduğu bildirilir.
Nəticədə binadan özünü atan və komendant yerindəcə keçiniblər.