Həftənin sonunda Ural və Sibirin 12 rayonunda anomal soyuqlar gözlənilir: havanın temperaturu iqlim normasından 7-11 dərəcə aşağı olacaq.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin rəhbəri Roman Vilfanda bildirib.
Sinoptik aydınlaşdırıb ki, Uralın şimalında xüsusilə soyuq və qarlı hava olacaq: Yamalo-Nenets və Xantı-Mansi Muxtar Dairələrində havanın temperaturu normadan 10 dərəcə aşağı olacaq.
“Sibirin Omsk, Tomsk, Novosibirsk və Kemerovo vilayətləri, Altay diyarı və Xakasiya kimi əhalinin sıx məskunlaşdığı ərazilərində də kəskin soyuqlar gözlənilir ki, bu da iqlim normasından 7-11 dərəcə aşağıdır”, - o qeyd edib.
Sinoptik əlavə edib ki, şaxtalar Kurqan, Sverdlovsk, Çelyabinsk vilayətlərində, eləcə də Tümen vilayətinin cənubunda da müşahidə olunacaq.
Tural