Bazar günü Avropa Parlamentinə seçkilərdə ifrat sağçıların sarsıdıcı məğlubiyyətindən sonra Prezident Emmanuel Makron tərəfindən təyin edilmiş növbədənkənar seçkilər son onilliklərdə Fransada ən taleyüklü səsvermə olacaq.
Publika.az xəbər verir ki, bunu Fransanın maliyyə naziri Brüno Le Mer bildirib.
Parlamentin buraxdığını elan etdikdən sonra Fransa Prezidenti Emmanuel Makron fransız demokratiyası ilə oyun oynamaqda günahlandırıldı.
Konservativ Respublikaçılar Partiyasının yüksək vəzifəli xadimi Valeri Pekres deyib: “Heç kimə təşkilatlanmağa vaxt vermədən və hər hansı bir kampaniyanı aparmadan buraxılma - ölkənin taleyi ilə “rus ruleti” oynamaqdır”.
“Bu, Beşinci Respublika tarixində Fransa və fransızlar üçün ən vacib parlament seçkiləri olacaq”, - deyə maliyyə naziri Brüno Le Mer bildirib.
Ekspertlər Makronun qərarını ciddi siyasi risk adlandırırlar, çünki hakim “Dirçəliş” partiyası daha böyük itkilərə məruz qala bilər, bu da Makrona 2027-ci ildə prezident müddətini sağ-salamat başa çatdırmağa mane olacaq.
Fransada növbədənkənar parlament seçkilərinin ilk turu iyunun 30-da, ikinci tur iyulun 7-də baş tutacaq.