02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Argentina-Nigeriya oyunu ləğv edildi: Messi qalmaqalına görə

10 fev 2024 08:00
İDMAN
ads
Advertisement

Hançjou İdman Komitəsi Argentina və Nigeriya arasında yoldaşlıq görüşünün ləğv edildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, buna səbəb kimi Lionel Messi amili göstərilib.

“Məlum səbəblərə görə səlahiyyətli orqanlar belə qənaətə gəliblər ki, Argentina yığmasının iştirakı ilə oyunun keçirilməsi üçün heç bir şərait yoxdur. Bu tədbirin ləğvi barədə qərar qəbul edilib”, - deyə rəsmi məlumatda bildirilir.

Qeyd edək ki, “məlum səbəblər” ifadəsi ilə təşkilatçılar Honkonqda “ İnter Mayami”nin hücumçusu Lionel Messi ilə bağlı münaqişə vəziyyətini nəzərdə tuturdular. Argentinalı zədə səbəbindən həmin oyunda iştirak etmədi, lakin bir neçə gün sonra Yaponiyada meydana çıxdı və bu da azarkeşlərin qəzəbinə səbəb oldu.

Qeyd edək ki, Argentina və Nigeriya görüşü martın ikinci yarısında Çində baş tutmalı idi. Hazırkı dünya çempionlarının Kot-d'İvuarla da görüşü planlaşdırılıb. Hələlik bu oyun haqqında məlumat yoxdur.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur