Danimarka Ukraynaya verəcəyi F-16-ların tədarükünü hələlik dayandırıb və təyyarələrin göndərilməsini 6 ay təxirə salıb.
Publika.az xəbər verir ki, Ukrayna Rusiyaya qarşı əhəmiyyətli hərbi irəliləyiş əldə etmək üçün döyüş təyyarələrinə ehtiyacı olduğunu iddia edir. Danimarka, Niderland, Norveç və Belçika ABŞ istehsalı olan F-16-ları Kiyevə göndərməyə hazır olduqlarını açıqlayıb.
Danimarkanın baş naziri avqust ayında demişdi ki, pilotların seçimi davam edir:
“Təlimlər başlayacaq və yeni il ərəfəsində Danimarkadan təxminən altı təyyarə olmaqla ilk təyyarə partiyası Ukraynaya yola düşəcək. Ümid edirik ki, gələn il Ukraynaya daha 8, ondan sonrakı il isə daha 5 təyyarə göndəriləcək”.
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen oktyabr ayında bildirib ki, təyyarələr 2024-cü ilin aprelinə qədər göndəriləcək.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov F-16 məsələsinə toxunaraq bildirib ki, Ukrayna Silahlı Qüvvələrində nüvə silahı daşıya bilən texnikanın ortaya çıxması Rusiya tərəfindən Qərbdən gələn təhlükə kimi qiymətləndiriləcək.
Roza