29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Mutu SOCAR-dan aldığı pulu görün nəyə xərcləyir

16 mar 2024 12:00
İDMAN
ads

"Neftçi"nin sabiq, "Kluj"un isə hazırkı baş məşqçisi Adrian Mutu bahalı avtomobillərə olan həvəsi ilə tanınır.

Publika.az xəbər verir ki, veteran futbolçu bu yaxınlarda kolleksiyasına120 min avro dəyərində olan "Mercedes" avtomobilini əlavə edib. 45 yaşlı məşqçi ​​Almaniya brendinin "GLE 53 AMG Coupe" modelini alıb.

"Cancan" qəzetinin yazdığına görə, bu avtomobildən Rumıniyada başqa heç kimdə yoxdur.

Kapotun altında 435 at gücü hasil edən, 100 km/saata 5 saniyədə çatan altı silindrli mühərriki var. Maksimum sürəti 250 km/saat olan avtomobilin bazar qiyməti 110 min avrodur. Lakin Mutunun seçdiyi avadanlıqlar bu məbləğin daha 10 min avro artması ilə nəticələnib.

Qeyd edək ki, Mutu “Neftçi”də ili bir milyon avroya çalışırdı. Uğursuz nəticələrdən sonra klub rəhbərliyi ona kompensasiya verərək yola saldı. “Neftçi”nin baş sponsoru SOCAR-dır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur