“Formula” 1 komandası “Mercedes” Lyuis Hemiltonun “Ferrari”yə transferindən sonra əsas sürücü namizədi kimi gənc pilot Andrea Kimi Antonellini gözləyir.
Publika.az xəbər verir ki,.Almaniya təmsilçisinin ikinci namizəd “Aston Martin”in 42 yaşlı pilotu Fernando Alonsodur. Bu barədə “The Race” məlumat yayıb.
Komandada belə bir hiss var ki, Antonelli “yeni Verstappen”dir və 17 yaşlı pilotu transfer etmək fürsətini əldən verən “Toto Volff”un səhvini təkrarlamaq istəmirlər. Əgər Antonelli bu mövsüm “Formula 2”-də gözlənildiyi kimi çıxış etsə, onun birbaşa Hemiltonu əvəzləmək şansı çox yüksəkdir.
Xatırladaq ki, Lyuis 2013-cü ildən “Mercedes”də çıxış edir. Bu müddət ərzində komanda ilə 6 çempionluq titulunu qazanmağı bacarıb.