Pakistan Senatı Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ardıcıl və sarsılmaz dəstəyi bir daha təsdiq edib və otuz ilə yaxın davam edən işğaldan sonra ərazilərinin azad edilməsi ilə nəticələnən 2020-ci ildə tarixi qələbəsini böyük sevinclə qeyd edir.
Bu barədə "Qutb.az" "İslamabad Post" qəzetinə istinadən xəbər verir.
Pakistan Senati həmçinin Azərbaycanla diplomatik əlaqǝlərin 30-cu ildönümündə Xocalı soyqırımıni pisləyən qətnaməni yekdilliklə qəbul edib.
"Senat öz uzunmüddətli və dəyişməz mövqeyini təsdiq etməklə yanaşı, Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən Xocali soyqırımını pisləyən 2012-ci il 1 fevral tarixli qətnaməni bir daha təsdiq edir.