29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Beynimiz yatarkən gələcəklə bağlı nə düşünür?

12 iyn 2024 04:00
SƏHİYYƏ
ads
Advertisement

Alzheimer kimi nevroloji xəstəliklərin daha yaxşı müalicəsinə səbəb ola biləcək yeni araşdırmaya görə, yatarkən beyin təkcə keçmiş hadisələri təkrar etmir, həm də gələcək təcrübələri gözləyir.

Publika.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, əvvəlki tədqiqatlar yuxunun yaddaşda və öyrənmədə oynadığı kritik rolu və onun yeni təcrübələrin sabit xatirələrə çevrilməsinə təsirini sınaqdan keçirib.

Yaddaşla bağlı testlər yuxudan dərhal sonra və uzun müddət oyaqlıq və ya yuxusuzluqdan sonra həyata keçirilir. Aparılan yeni tədqiqat yuxunun istirahətdən bir qədər əvvəl yaşanan problemə “yeni fikir” qazandırmağa kömək edib-etmədiyini araşdırır. İlk olaraq siçanlar üzərində aparılan tədqiqat müsbət nəticə verib. Belə ki, tədqiqatçılar siçanları hər iki ucunda “yem” olan yolda irəli-geri qaçmağa vadar edib, onların hipokampusundakı neyronların bu prosesdə necə “atıldığı” (elektrik siqnalları istehsal etdiyi) müşahidə olunub. Tədqiqatçılar bu zaman sinir hüceyrələrinin və ya müəyyən bir beyin hüceyrəsinin fiziki mühitdə ən çox “əhəmiyyətli olduğu” sahəni təxmin ediblər. Sadə dillə desək, siçanların yatarkən harada olmağı xəyal etdiyini təxmin ediblər. Onlar aşkarlayıblar ki, yuxuda olan siçovulların sinir fəaliyyəti onların oyandıqdan sonra həmin “yem” yolu ilə necə mübarizə aparacaqlarını müəyyən dərəcədə proqnozlaşdırır.

Tədqiqatçılar vurğulayıblar ki, siçovulların beyinlərində yeni mühitlə qarşılaşarkən əmələ gələn məkan təsvirləri yuxudan sonra bir neçə saat ərzində əsasən sabit olub. Lakin neyronların siçanların yuxudan oyandıqda yolda daha yaxşı hərəkət etməsinə imkan verən şəkildə hərəkət etdiyi ortaya çıxıb. Bu o deməkdir ki, siçanlar təkcə yolda getdikləri yerləri xəyal etmir, həm də keçə biləcəkləri yerlər üzərində işləyirlər. Bu tip yer tənzimlənməsi yuxunun əsas rol oynadığı dinamik bir proses kimi görünür.

Tədqiqatın həmmüəllifi Caleb Kemere deyib: “Biz yuxu zamanı baş verən dəyişiklikləri görə bilərik və heyvanları ikinci dəfə ətraf mühitə qaytardıqda, bu dəyişikliklərin həqiqətən yuxuda öyrənilən bir şeyi əks etdirdiyini təsdiqləyrik”.

Tədqiqatın nəticələri beynin yuxu zamanı hələ kəşf edilməmiş bir çox şəkildə formalaşa biləcəyini göstərir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur