İsrail ordusu 7 oktyabr 2023-cü ildən bu yana sıralarında olan 30 min əsgərin psixoloji məsləhət almaq üçün mərkəzlərinə müraciət etdiyini açıqlayıb.
Publika.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, ordudan verilən açıqlamada əsgərlərin 85 faizinin psixoloji dəstək aldıqdan sonra yenidən döyüşə qatıldığı bildirilib.
Psixoloji problemlərdən əziyyət çəkən 200-ə yaxın əsgərin isə ordudan tərxis olunub. Bildirilib ki, əsgərlər üçün Qalıcı Ailə Mərkəzi, Döyüş Müdaxilə Bölməsi və Travma Sonrası Klinikası olan yeni psixoloji mərkəz açılacaq.
Qeyd olunub ki, Ordu Tibb Korpusunun çağırış mərkəzi əsgərlərə ilkin tibbi yardım göstərmək üçün həftənin 7 günü 24 saat fəaliyyət göstərir.
Aytən