“Rusiyanın ən böyük dodaqları” titulunun keçmiş sahibi Soçidə yoxa çıxıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə "SHOT" Telegram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, dostları və ailəsi 35 yaşlı Kristina Reylə sentyabrın 28-dən etibarən mobil əlaqə qura bilmir. Hazırda onu əlamətlərə görə axtarırlar: o, ağ köynək, yaşıl şort və qırmızı idman ayaqqabısı geyinib.
Kojevnikovanın (əsl soyadı) Yujno-Saxalinskdən olduğu qeyd edilir. O, uzun müddət Sankt-Peterburqda yaşayıb və bu yaxınlarda Soçiyə köçüb. Orada dırnaq ustası işləyirdi.
Xatırladaq ki, 2022-ci ildə Kojevnikova ən böyük dodaqların sahibi kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Adəm