"Liverpul"un bəzi oyunçuları cari mövsümün sonunda Yurgen Kloppun klubdan ayrılmasından sonra alman mütəxəssis Pep Liyndersin komandaya başçılıq etməsinin tərəfdarıdılar.
Publika.az xəbər verir ki, bu barədə "TalkSport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, hazırda Mersisayd klubun baş məşqçi məsələsi ilə bağlı qərar verməyib. Lakin futbolçular Kloppun köməkçisi kimi 6 ildir klubda çalışan Liyndersin bu posta təyin olunmasına isti yanaşırlar. Oyunçuların fikrincə, Peplə isti münasibətə sahibdirlər, bu da onlar üçün faydalı edə bilər.
Xatırladaq ki, almaniyalı məşqçi Kloppla birlikdə mövsümün sonunda "Liverpul"dan ayrılacağı bildirilirib.
Heybət