Azərbaycanlı məşhur "qanuni oğru", "Lotu Yunus" ləqəbli Yunis Nəzərov bir neçə saat əvvəl vəfat edib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, "qanuni oğru" Qazaxıstanda dünyasını dəyişib. Yunus Nəzərov bir neçə il əvvəl Rusiyadan deportasiya olunmuşdu. Azərbaycan vətəndaşı olan Y.Nəzərov 23 yanvar 1961-ci ildə anadan olub. Kriminal dairələrdə "Yunus Bakinskiy" və ya "Yunus Yasamalskiy" kimi tanınan titullu "qanuni oğru" cəzaçəkmə müəssisələrində 20 ildən çox həbsdə yatıb. "Qanuni oğru" adını da hələ 1984-cü ildə alıb.
2008-ci ilin oktyabrında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı koloniyasında onu 1982-ci il təvəllüdlü Vəfadar Mirzəyev balta ilə vurmuşdu. Sağ qalsa da, irəliləyən illərdə bu ağır xəsarət onun səhhətində ciddi problemlər yaratmışdı, o əl əsası ilə gəzirdi. Bildirilir ki. ''Lotu Yunus''un son illər Azərbaycana gəlməsi də problemli olub. Onun bir oğlu olduğu deyilir.
Milli.Az