Fransada güclü dolu yağıb. Yuxarı Luara departamenti daşqın və fırtınalardan ciddi şəkildə zərər çəkib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, evlərin damları və onlarla avtomobilin ön şüşələri zədələnib, bəzi binalar da su altında qalıb.
Hadisə şahidləri dolunun tennis topu böyüklüyündə olduğunu bildiriblər. Heç kim xəsarət almayıb, lakin yerli məmurlar altı departamentin sakinlərini hələ də tufan üçün narıncı xəbərdarlıq rejimi davam etdiyindən ayıq-sayıq olmağa çağırıblar.
Milli.Az