Mincivan qəsəbəsinə birinci mərhələdə neçə min şəxs köçürüləcək?
ABŞ silahlı qüvvələri husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Sənaya 14 hava zərbəsi endirib.
Qutb.az xəbər verir ki, paytaxtın Sabeyn rayonu hücuma məruz qalıb. Bundan əlavə, Yəmənin şimalındakı Əl-Cəvf əyalətində də zərbələr qeydə alınıb.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Qeyd edək ki, martın 15-də ABŞ Prezidenti Donald Tramp ABŞ ordusuna husilərə qarşı zərbə endirmək əmri verdiyini bildirib. O vaxtdan bəri Amerikanın Yəmənin husilərin nəzarətində olan ərazilərinə hər gün hücumları baş verir.