05.04.25 | Bakı 11.03° C |
18:36:20
Lent :

Özbəkistanlı hərbçilər Azərbaycanda PUA kursunda

14 avq 2024 20:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycan və Özbəkistan arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Özbəkistan hərbi qulluqçuları müasir silahlı münaqişələrdə taktiki pilotsuz uçuş aparatlarının (PUA) istifadəsinin planlaşdırılması və tətbiqi taktikası kursunda iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər.

Bu barədə QÜTB.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kursun ilk günündə özbəkistanlı qonaqlara Hərbi Hava Qüvvələrinin tarixi və fəaliyyəti haqqında, həmçinin PUA-ların ənənəvi döyüşlərdə tətbiqi, döyüş uçuşunun təşkili, Azərbaycan Ordusunda mini və mikro PUA-ların tətbiqi mövzularında brifinq təqdim olunub.

Nümayəndə heyətinə Azərbaycan Ordusunun arsenalında yer alan bəzi PUA-lar əyani olaraq nümayiş etdirilib, qurğuların taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur