Latviyanın xarici işlər naziri Krisjanis Karins rusiyalı diplomatlardan birini persona non-qrata elan edib.
Publika.az xəbər verir ki, bu barədə məlumat ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.
Bildirilib ki, rusiyalı diplomat aprelin 10-dək ölkəni tərk etməlidir.
Qeyd edək ki, Rusiya XİN rəsmi Moskvanın Latviyanın bu qərarına müvafiq cavab verəcəyini bəyan edib.