Türkiyənin Karaman rayonunda 9 yaşlı uşaq atasının ov tüfəngi ilə oynayarkən qəfildən atəş açaraq yanındakı 5 yaşlı qızı vurub. Kiçik qız hadisə yerində dünyasını dəyişib.
Publika.az xəbər verir ki, əldə edilən məlumata görə, 9 yaşlı M.S.-nin atası ov tüfəngini evinin giriş qapısına asıb, daha sonra heyvanları tövləyə aparıb. Bu vaxt onun oğlu silahın qapıda asılı olduğunu görüb və onunla oynamağa başlayıb. Oynayarkən tüfəng anidən işə düşüb və güllə yanında olan qonşusu Raziye Güngörə dəyib.
Hadisədən sonra M.S. və tüfəngin sahibi olan ata sorğu-sual olunmaq üçün nəzarətə götürülüb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Roza