Tula vilayətində fərdi yaşayış evində baş verən yanğında 3 uşaq ölüb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İdarədən bildirilib ki, yanğın rayonun Demidovka kəndində baş verib və sahəsi 48 kvadratmetr olub. Hadisə yerinə 15 mütəxəssis və 6 texnika göndərilib.
Yanğın Moskva vaxtı ilə saat 3:16-da söndürülüb.
Yanğınsöndürənlər səkkiz yaşlı qızın, həmçinin üç və dörd yaşlı oğlanın cəsədlərini aşkar ediblər. Yanğın zamanı valideynlər olmayıb və bina yanğın siqnalizasiyası ilə təchiz olunmayıb.
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yanğının baş vermə səbəbləri müəyyənləşdirilir.
Hüseyn İbadlı