Pensilvaniya ştatında seçki kampaniyası zamanı sui-qəsd cəhdi nəticəsində yaralanan keçmiş ABŞ prezidenti Donald Tramp FTB direktoru Kristofer Vreyi hadisə ilə bağlı səriştəsiz araşdırmasına görə tənqid edib.
Publika.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
“FTB direktoru Kristofer Vrey dünən Konqresə deyib ki, mənim qəlpə, şüşə və ya güllə ilə vurulduğuma əmin deyil. Lakin FTB yoxlama da etməyib”, – siyasətçi yazıb.
Trampın sözlərinə görə, xəstəxana bunun “qulağın güllə yarası” aldığını təsdiqləyib.
"Bir vaxtlar məşhur FTB-nin ABŞ-ın etibarını itirməsi təəccüblü deyil" , - o qeyd edib.
Hüseyn İbadlı