02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

SON DƏQİQƏ: Məşhur reperlər saxlanıldı - VİDEO

18 avq 2023 21:00
HADİSƏ
ads

İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi rep ifaçılarına qarşı əməliyyat keçirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, əməliyyat zamanı "Heijan" ləqəbli Doğan Tarda, "BİG" kimi tanınan Samet Işık və "CAC" ləqəbli Şahan Terzioğlu saxlanılıb.

Polis sosial mediada və musiqi sənayesində mütəşəkkil cinayət təşkilatları adına rep mahnılarının hazırlandığını və bu mahnıların təşkilat üzvləri tərəfindən tez-tez paylaşılaraq təşkilatın simvoluna çevrildiyini, cinayət təşkilatına dəstək verdiklərini müəyyən edib. Kliplərində uzun lüləli silahlardan da istifadə edildiyi müəyyən olunduqdan sonra ifaçılara qarşı "cinayəti və cinayətkarı tərifləmək" səbəbi ilə əməliyyat təşkil olunub.

Əməliyyatda saxlanılan şübhəlilərin evlərində aparılan axtarışlar zamanı iki uzun lüləli silah ələ keçirilib.

Polis "Muti" kimi tanınan Mücahit Doğan haqqında da həbs qərarı verib.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur