İsrail ordusu təhdidləri aradan qaldırmaq üçün Livanın cənubundakı hədəflərə zərbələr endirməkdə davam edir /
QÜTB.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( IDF ) mətbuat xidmətinin "Telegram" kanalında məlumat verilib.
Məlumat görə, əməliyyatda Yəhudi Dövlətinin Hərbi Hava Qüvvələrinin onlarla döyüş təyyarəsi iştirak edir.
“Hazırda təyyarələr Livanın cənubundakı müxtəlif yerlərdə hədəfləri vurur. “Hizbullah” terror təşkilatına qarşı təhdidləri aradan qaldırmağa və intensiv zərbələr endirməyə davam edirik”, - bəyanatda deyilir.
Avqustun 25-də səhər saatlarında İsrail ordusunun mətbuat xidməti bildirib ki, İsrail hakimiyyəti "Hizbullah"ın yəhudi dövlətinə genişmiqyaslı hücuma hazırlığı barədə məlumat alıb. Bununla əlaqədar, ölkə ordusunun komandanlığı Livanın nəqliyyat hədəflərinə qarşı qabaqlayıcı zərbələr endirmək qərarına gəlib. Vəziyyəti şərh edən İsrail ordusunun sözçüsü Daniel Haqari əməliyyatı “özünümüdafiə aktı” adlandırıb.
Buna cavab olaraq "Hizbullah" İsrail ərazisinə hücum etməyə başlayıb. Hərəkatın mətbuat xidməti "Hizbullah" üzvlərinin yəhudi dövlətindəki hərbi hədəflərə 320-dən çox raket atdığını bildirib.
Hüseyn İbadlı