İranda kütləvi şənliklərdə atəşfəşanlıq nəticəsində 4 mindən çox insan yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayı 26-ya çatıb.
Agentliyin məlumatına görə, çərşənbə axşamı gecə yarısına qədər yaralıların ümumi sayı 4360-dan çox insan yaralanıb. Onlardan 189 nəfər əzalarını itirib, 1070 nəfərin gözü zədələnib, 981 nəfər isə yanıq xəsarətləri alıb.
Çaharşanbe-Suri İranda Yeni il - Novruz öncəsi qeyd edilən qədim atəş bayramıdır. Bayram yazın gəlişini və təbiətin yenidən doğulmasını simvollaşdırır. Bu gün iranlılar küçələrdə od yandırır və onların üstündən tullanırlar. Son illər bayram şənliyi pirotexniki vasitələrdən istifadə ilə müşayiət olunur ki, bu da təhlükəsizlik tədbirlərinə əməl olunmaması nəticəsində qəzalara səbəb olur.
Hüseyn İbadlı