19.04.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

"Vaqner"in 20 min keçmiş döyüşçüsü bu beş Afrika ölkəsinə yerləşdiriləcək

30 yan 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Rusiya Müdafiə Nazirliyinin nümayəndələrinin rəhbərliyi altında yaradılan Rusiya “Afrika Korpusu”na “Vaqner” özəl hərbi şirkətinin (PMC) yeni gələn və keçmiş döyüşçülərindən ibarət 20 min nəfər yerləşdiriləcək. Bu korpusa 5 Afrika ölkəsi daxildir: Burkina Faso, Liviya, Mali, Mərkəzi Afrika Respublikası və Niger.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunub ki, "Afrika korpusu" əvvəllər "Vaqner" PMC qüvvələri tərəfindən yerinə yetirilən missiyaları öz üzərinə götürəcək. Hazırda bu məqsədlər üçün Mərkəzi Afrika Respublikasında yaxın vaxtlarda qərargahın açılacağı məlumdur.

Qarışıq korpusun yaradılmasının 2024-cü ilin ortalarına qədər başa çatdırılması planlaşdırılır.

Keçən ilin iyununda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, “Vaqner PMC”nin və Afrika ölkələrindəki analoji bölmələrin gələcəyi onları dəvət edən ölkələrin mövqeyindən asılı olacaq. Diplomatın sözlərinə görə, Rusiya hökuməti bir çox Afrika ölkələrinin rəhbərliyi ilə rəsmi əlaqələr saxlayır.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur