Fransa prezidenti Emmanuel Makron Ukraynaya Avropa ölkələrindən təlimatçılar göndərmək üçün koalisiya yaratmaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
“Ukraynaya fransız və avropalı təlimatçıların göndərilməsi həftələr, hətta günlər məsələsi ola bilər. Əldə etdiyimiz məlumata görə, Fransa hakimiyyəti Ukrayna ərazisində ukraynalı əsgərlərə təlim keçmək istəyən dövlətlərdən ibarət koalisiya yaratmaq istəyir”, - nəşr qeyd edir.
Xüsusilə, material müəllifləri bildirirlər ki, Makron iyunun 6-dan 7-dək Müttəfiqlərin Normandiyaya enişinin 80-ci ildönümünü qeyd edərkən koalisiyanın yaradılmasını elan edə bilər. Ehtimal olunur ki, belə bir koalisiyanın məqsədləri istehkamçıların hazırlanması, həmçinin Ukrayna Silahlı Qüvvələrinin (AFU) motoatıcı diviziyasının formalaşdırılmasına köməklik göstərəcək.
Bundan əvvəl Makron demişdi ki, Ukraynaya Rusiya ərazisindəki hərbi hədəflərə Qərb silahları ilə hücuma icazə verilməlidir. Onun sözlərinə görə, ukraynalılar Rusiya raketlərinin buraxıldığı hədəfləri vura bilər və vurmalıdırlar.
Tural