UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Publika.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində baş tutacaq “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” cütünün məğlubunun potensial rəqibi müəyyənləşib. Məğlub komanda "Ludoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütündə uduzan kollektivlə üz-üzə gələcək.
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.
Maraqlısı budur ki, sözügedən cütlərin qaliblər Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcəklər.
Heybət