Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş BRICS sammitində iştirak etmək üçün Kazana gedib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Tatarıstan parlamentinin saytında məlumat verilib.
Quterreşi Tukay adına Kazan Beynəlxalq Hava Limanında Tatarıstan Respublikası Dövlət Şurasının sədri Fərid Muxametşin qarşılayıb.
Oktyabrın 23-də BMT-nin baş katibi Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Hüseyn İbadlı