Bakı şəhərinin Qaradağ rayonunda yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə FHN məlumt yayıb.
Bildirilib ki, “Abşeron” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 130 m² olan taxta sexinin içərisində sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, 1 ədəd kondisioner və 30 m² sahədə taxta materialları yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.