31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Maşını düzəltmək üçün saxladılar,

18 noy 2023 07:00
HADİSƏ
ads
Advertisement

Bir neçə gün əvvəl edilən xəbərdarlığa baxmayaraq, sürücünün məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi növbəti dəfə ağır faciəyə səbəb olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 06:50 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 20-ci kilometrliyində "Mercedes" markalı, 99-FK-216 dövlət qeydiyyat nişanlı avtomobilin təkəri sıradan çıxdığı üçün sürücü nəqliyyat vasitəsini hərəkətdə olduğu ən sol zolaqda dayandırıb və zəruri təhlükəsizlik tədbirləri görmədən sərnişini ilə birgə nasazlığı aradan qaldırmağa çalışıb.

Bu zaman, arxadan eyni zolaqda yüksək sürətlə hərəkət edən "Honda" markalı, 77-GF-549 dövlət qeydiyyat nişanlı avtomobil nasaz nəqliyyat vasitəsilə toqquşub ki, nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində həyatlarını itirib. Hazırda faktla bağlı araşdırma aparılır.

"Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinə paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra nasazlığı aradan qaldırmağa başlamalı, texniki yardım istəməlidir", - məlumatda deyilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur