İsrail aviasiyası Livanın cənubunda yerləşən şiə "Hizbullah" hərəkatının hərbi obyektlərinə zərbələr endirib.
QÜTB.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Cuaya kəndi yaxınlığında yerləşən silah emalatxanası bombalanıb. Bundan əlavə, "Hizbullah"ın komanda mərkəzinə. Nəbait, Mənsuri və Kfarkeldəki hərbi obyektlərinə zərbələr endirilib.
İsrail ordusu Hula bölgəsindəki hərbi obyektdən çıxan “terrorçu hücrəsi” üzvlərini də atəşə tutub.
Xatırladaq ki, sentyabrın 10-da "Hizbullah" İsrail ordusuna qarşı beş hərbi əməliyyat keçirib. Şiə döyüşçüləri artilleriya zərbələri endirib və pilotsuz uçuş aparatlarından istifadə edərək hücum ediblər.
Sentyabrın 8-də İsrailin hava hücumundan müdafiə sistemi Livandan ölkənin şimalı üzərində uçan “şübhəli hava obyektini” vurub.
Hüseyn İbadlı