Aleksey Navalnının ölümü ilə bağlı Amerikanın şərhləri Rusiyanın daxili işlərinə müdaxilədir.
Publika.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
Onun sözlərinə görə, bu vəziyyətdə baş verənlərin bütün təfərrüatlarını başa düşmək vacibdir. "Lakin yerli siyasətçilər gözləmək istəmirlər və artıq hər şeydə Rusiya hakimiyyətini günahlandırıblar".
Antonov hesab edir ki, Vaşinqton üçün problemi başa düşmək yox, “ölkəmizi daha sərt qamçılamaq” vacibdir. “Burada alçaldıcı hücumlar, ən əsası isə əlavə sanksiyaların tətbiqi üçün səbəb axtarırlar. Məqsəd müəyyən qaydalara əsaslanaraq dağılan Amerika nizamını xilas etməkdir”.
Qeyd edək ki, fevralın 16-da Rusiyanın Federal Penitensiar Xidməti, gəzintidən sonra Yamaldakı “Qütb canavarı” koloniyasında saxlanılan Navalnının özünü pis hiss etdiyini bildirib. Hadisə yerinə gələn həkimlər onu həyatını xilas edə bilməyiblər. Federal Penitensiar Xidmət siyasətçinin qan laxtalanmasından əziyyət çəkdiyini deyib.
Cəmilə