Motosikletlə dünyanı gəzən ispan cütlük Hindistanda dəhşət yaşayıb.
Publika.az xəbər verir ki, yol kənarında çadır quraraq dincəlmək istəyən cütlüyə 7 nəfər hücum edib.
Məlumata görə, ispan səyyahlar Banqladeşdən sonra Hindistanı gəzmək üçün Dumkaya yollanıb. Yol kənarında çadır quran cütlüyə hücum edən 7 nəfər onları qarət edib. Təcavüzkarlar qadını cinsi istismar ediblər, həmçinin ərinin boynuna bıçaq dayayıb onu ölümlə hədələyiblər.
Qadının ərinin onlara təklif olunan təzminatı qəbul etdiyi bildirilir. Həmin şəxs hadisəni tez araşdırdıqları üçün əyalət polisinə də təşəkkür edib.
Hindistan polisi hadisədə iştirak etdiyi iddia edilən 3 nəfəri saxlayıb, digər 4 şübhəlinin də axtarış işləri davam edir.
Roza Şəfiyeva