İsveçrə alimləri yeni və daha sağlam şokolad resepti hazırlayıblar. Tərkibindəki kakao paxlasının nisbəti əhəmiyyətli dərəcədə artırılan yeni resept sayəsində məhsul daha sağlam və ekoloji cəhətdən təmiz olacaq. Şokoladın ənənəvi sortlarında kakao paxlası, süd tozu, şəkər və digər komponentlərlə diqqətlə qarışdırılan az miqdarda pulpa var, onun miqdarı şokoladın nə qədər tünd olacağını müəyyən edir.
Publika.az xəbər verir ki, ETH Zurich komandasının yeni reseptində kakao qabığının pulpası və daxili qabığından daha çox istifadə olunur. Hərtərəfli qarışdırıldıqdan sonra nəticədə heç bir əlavə şəkər tələb etməyən inanılmaz dərəcədə şirin məhsul alınır.
Komponentlərin optimal nisbətinə nail olmaq üçün bir neçə sınaq aparılıb. Nəticədə İsveçrə texnoloqlarının kakao jeli adlandırdıqları maddənin 20%-ə qədərini ehtiva edən şokolad hazırlanıb. Resept doymuş yağların nisbətinin üçdə bir azaldılmasını və lif nisbətinin 20% artırılmasını nəzərdə tutur.
Marmelad şokolad texnologiyası geniş yayılarsa, bu, kakao istehsalçılarına daha çox gəlir əldə etməyə imkan verəcək. Lakin onun mağaza rəflərinə çıxması bir xeyli vaxt tələb edəcək. Bu isə öz növbəsində sənayedə böyük dəyişikliklər tələb edəcək.
Cəmilə