Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb.
Qutb.az xarici mətbuata istinadən xəbər verir ki, yaralıların sayı 3400-dən çoxdur.
Təbii fəlakət nəticəsində həmçinin 139 nəfər itkin düşüb.
Xatırladaq ki, martın 28-də səhər saatlarında Myanmada 7,9 və 6,4 maqnituda gücündə iki zəlzələ baş vermişdi.