Hindistanlı milyarder Mukeş Ambaninin ailəsinin sərvəti bütünlükdə ölkə ÜDM-nin təxminən 10 faizini təşkil edir.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Hindistan Times” yazıb.
Nəşr “Barclays-Hurun India Bank”ın hesabatına istinad edib. Martın 20-nə olan məlumata görə, Ambani ailəsinin sərvəti 25,7 trilyon rupi və ya 385,5 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilib.
Qeyd edək ki, Ambaninin biznes imperiyası olan “Reliance Industries” ölkədəki ən böyük holdinqdir. O, energetika, telekommunikasiya və pərakəndə satış sektorlarını alıb.