Ukrayna Yaponiya və Böyük Britaniyadan bir milyard dollar alıb.
QÜTB.AZ xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
Qeyd edilib ki, bu vəsait sosial və humanitar sahələrdə xərclərin ödənilməsinə yönəldiləcək.
“Ukraynaya Yaponiya və Böyük Britaniyadan 1 milyard dollar vəsait ayrılıb. Tranş Dünya Bankının DPL proqramının bir hissəsi kimi bu dövlətlərin zəmanəti ilə alınıb”, - Şmıqal "Telegram" kanalında yazıb.
Adəm