28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

İranda polis məmuruna edam cəzası verildi

29 mar 2024 07:00
HADİSƏ
ads
Advertisement

2022-ci ildə İranda Mehran Semakı qəsdən öldürməkdə təqsirləndirilən polis məmuru Cafer Cevanmerdiyə ölüm hökmü verilib.

Publika.az xəbər verir ki, Gilan vilayətinin Bender Enzeli şəhərində futbol üzrə milli komandanın qələbəsi qeyd olunan şənlik zamanı açılan atəş nəticəsində 27 yaşlı Semak qəsdən öldürülüb. Onun ölümündə polis məmuru Cafer Cevanmerdi günahlandırılıb.

Polis məmuru Cevanmerdi haqqında əvvəllər edam hökmü çıxarılsa da, Ali Məhkəmə qərarı ləğv etmişdi. Amma sonradan edilən şikayətə baxılıb və ölüm hökmü bərpa edilib. Mehran Semakın ölümündən sonra Norveçdə fəaliyyət göstərən İran İnsan Haqları Təşkilatının verdiyi yazılı açıqlamada qeyd edilib ki, Semak təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində başından vurularaq öldürülüb.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur