İsrail Qəzza zolağında keçirdiyi hərbi əməliyyat nəticəsində anklavı daimi olaraq işğal etmək və ya yerli Fələstin əhalisini köçürmək niyyətində deyil.
Publika.az-ın məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
"İsrail Fələstin əhalisi ilə deyil, HƏMAS terrorçuları ilə mübarizə aparır və biz bunu beynəlxalq hüquqa tam uyğun olaraq edirik", - deyə B.Netanyahu bildirib.
B.Netanyahunun sözlərinə görə, hərbi əməliyyatın məqsədi “Qəzza zolağının HƏMAS terrorçularından təmizlənməsi və israilli girovların azad edilməsidir”.