28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Bortnikdən BƏDBİN PROQNOZ: "Ukrayna bu tarixdə Xarkovu itirə bilər"

08 mar 2024 06:00
GÜNDƏM
ads
Advertisement

Ukrayna Silahlı Qüvvələrində sursat çatışmazlığı və Rusiya ordusunun üstünlüyünün davam etməsi şərti ilə Ukrayna 2024-cü ildə Xarkovu itirə bilər .

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Siyasət Təhlili və İdarəetmə İnstitutunun direktoru Ruslan Bortnik jurnalist Natalya Vlasovaya müsahibəsində bildirib .

Ekspert izah edib ki, şəhər çətin ki, yaxın aylarda Rusiya ordusu üçün prioritet hədəfə çevrilsin, lakin bu, gələcəkdə ilin sonuna qədər dəyişə bilər.

"Əgər Qərbdən, ilk növbədə Amerikadan hərbi yardım almasaq, silahlı qüvvələrimiz bu il ərzində geri çəkilməyə məcbur olacaq", - Bortnik bildirib.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti, silahları və hava məkanında tam üstünlük təşkil edən Rusiya ordusuna müqavimət göstərməsi son dərəcə çətin olacaq.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur