Qaraçay-Çərkəz Respublikasında polis dəstəsinə hücum olub.
Publika.az xəbər verir ki, hücum edən şəxs polisə atəş açmağa başlayıb, bundan sonra onların xidməti silahlarını və döyüş sursatlarını oğurlayıb. Zərərçəkənlərdən ikisi aldığı xəsarətlərdən yerindəcə keçinib, üçüncü zərərçəkən isə tibb müəssisəsinə yerləşdirilib. Bu barədə Rusiyanın bölgə üzrə istintaq idarəsi məlumat yayıb.
Cinayətin bütün hallarının müəyyən edilməsi, habelə şübhəlinin yerinin və saxlanılmasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Tural