31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Ötən il 3 mindən çox obyektdə dövlət nəzarəti həyata keçirilib

25 yan 2024 09:00
GÜNDƏM
ads

Ötən il FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin 7 saylı "ASAN xidmət” mərkəzində göstərilən xidmətlərindən ümumilikdə 4000-ə yaxın sahibkar istifadə edib.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev 2023-cü ilin yekunlarına dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, göstərilən xidmətlər təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi qaydaları barədə məlumat verilməsi, çıxarış və icazələrin alınması üçün müraciətlərin qəbulundan ibarət olub. 2023-cü ildə ümumilikdə 3112 təhlükə potensiallı obyektdə dövlət nəzarəti həyata keçirilib.

Agentlik rəsmisi qeyd edib ki, təhlükə potensiallı obyektlərdə istismar olunan 9000-ə yaxın qurğu və avadanlıqlara texniki təhlükəsizlik sertifikatı verilib, 1338 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan təhlükə potensiallı qurğu və avadanlıqlar dövlət reyestrində ilkin və təkrar qeydiyyatdan keçirilib: "654 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan 1465 ədəd texnoloji nəqliyyat vasitəsi ilkin və təkrar qeydiyyata alınıb. Eyni zamanda 585 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan 1952 texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilib".


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur