Cümhuriyyətinin 100 illiyi bütün Türkiyədə coşğu ilə qeyd olunur.
Milli.Az Gundem.az-a istinadən xəbər verir ki, bayramı təntənə ilə qeyd edən Bursa sakinləri arzuolunmaz bir hadisə yaşayıblar.
Belə ki, şənlik zamanı havaya atəş açan Yaşar B. səhvən skamyada oturan oğlu Furkan B.-ni vurub. Nəticədə gənc oğlan boynundan yaralanıb. Ətrafdakı insanlar tərəfindən xəstəxanaya aparılan Furkan B.-nin səhhətinin yaxşı olduğu öyrənilib.
Yaşar B. saxlanılıb, jandarma hadisə ilə bağlı araşdırma aparır.
Milli.Az