UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda 8 matç keçirilib.
QÜTB.AZ xəbər verir ki, günün mərkəzi qarşılaşmasında Fransa millisi İtaliya seçməsindən 3:1 hesabı ilə üstün olub. Eyni zamanda, İngiltərə yığması İrlandiya seçməsini 5:0 hesabı ilə darmadağın edib.
Digər matçlarda İsrail Belçikaya 1:0 hesabı ilə qalib gəlib, Norveç millisi Qazaxıstanı 5:0 hesabı ilə məğlub edib. Yunanıstan seçməsi Finlandiyanı 2:0 hesabı ilə udub, Ermənistan yığması Latviya millisindən 2:1 hesabı ilə üstün olub, Şimali Makedoniya seçməsi isə Qazaxıstana 1:0 hesabı ilə qalib gəlib.
Digər qarşılaşma isə heç-heçə ilə başa çatıb: Avstriya və Sloveniya komandaları arasında matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.